BAKI, 17 yanvar. TELEQRAF

Şənbə günü Pakistanda bir neçə saat ərzində baş verən iki yol qəzasında azı 24 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb.

Teleqraf xəbər verir ki, qəzalardan birində yük maşını kanala düşüb, digərində isə sərnişin avtobusu aşıb.

Qəzalara səbəb sıx duman olub.

Pakistan yol qəzalarının ən çox baş verdiyi ölkələrdən biridir. Pis yol şəraiti, yol hərəkəti qaydalarına əməl edilməməsi tez-tez qəzalara səbəb olur.