BAKI, 17 yanvar. TELEQRAF
Avropa Komissiyası Ukraynanın Rusiya ilə sülh razılaşması çərçivəsində Avropa İttifaqına sürətli qoşulmasının mümkün yollarını araşdırır, lakin bu mərhələdə ölkəyə tam üzvlük hüquqları verilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, söhbət “geri üzvlük” konsepsiyasından gedir. Bu model Ukraynanın əvvəlcə siyasi baxımdan Avropa İttifaqına qoşulmasını və sonra keçid dövrlərinin başa çatmasından sonra tam üzvlük hüquqlarını mərhələli şəkildə əldə etməsini nəzərdə tutur.
İdeya hələ ilkin müzakirə mərhələsindədir və Ukraynalılara sabitlik və dəstək mesajı kimi qiymətləndirilir