BAKI, 15 yanvar. TELEQRAF

İranda 17 gündür davam edən iqtisadi problemlər fonunda başlayan etiraz aksiyalarında ölənlərin sayı 2 615-ə çatıb.

Teleqraf xəbər verir k, bu barədə insan haqları üzrə fəaliyyət göstərən "HRANA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, həlak olanların 2 403-ü etirazçı olub. Onlardan 12-si 18 yaşdan aşağıdır. Ölənlər arasında hüquq-mühafizə orqanları ilə əlaqəli 153 nəfərin olduğu bildirilir.

HRANA-nın ABŞ-də yerləşən saytında yayımlanan hesabatda qeyd olunub ki, etirazlar zamanı ümumilikdə 1 134 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 18 470 nəfər isə saxlanılıb.

İran hakimiyyəti isə indiyədək etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi statistika açıqlamayıb.