BAKI, 15 yanvar. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Tramp ilə görüşünün 3 fevral tarixində baş tutacağını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə hökumətin Nazirlər Şurasının iclası zamanı açıqlama verib.
Petronun sözlərinə görə, ABŞ ilə Kolumbiya arasında, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi mövzusunda aparılan müzakirələr prezidentlər səviyyəsində dialoqa ehtiyac yaradıb və nəticədə Tramp ilə görüş imkanı formalaşıb. O vurğulayıb ki, bu görüş həlledici əhəmiyyət daşıyır və onun nəticələri böyük maraq doğurur.
Kolumbiya prezidenti əlavə edib ki, əsas məqsədi ölkədə sosial və iqtisadi sabitliyin təmin olunmasıdır. O, Trampın ritorikasının Kolumbiya əhalisi üçün mənfi nəticələrə yol açmaması üçün hakimiyyətin ictimai sabitliyi qorumağa çalışdığını da qeyd edib.