BAKI, 15 yanvar. TELEQRAF

Rusiyanın Denimarkadakı səfiri Vladimir Barbin Qrenlandiya ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, diplomatın sözlərini səfirliyin mətbuat xidməti yayıb.

Barbin vurğulayıb ki, Rusiya* Arktika regionunda sabitliyin və dövlətlər arasında mehriban münasibətlərin qorunmasında maraqlıdır.

“Rusiya Arktikada dövlətlər arasında sabitliyin və yaxşı münasibətlərin möhkəmlənməsində maraqlıdır”, – deyə səfir bildirib.

O, həmçinin dövlətlər arasında mövcud fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həll edilməli olduğunu qeyd edib.