BAKI, 15 yanvar. TELEQRAF

ABŞ Senatı Prezident Donald Trampın administrasiyasına Venesuelaya qarşı hərbi güc tətbiq etməməyi Konqresin icazəsi olmadan tələb edən qətnaməni rədd edib.

Teleqraf xəbər verir ki, qətnaməni 50 senator dəstəkləyib, eyni sayda senator isə əleyhinə səs verib.

Bərabərlik olduğu üçün vitse-prezident Cey Di Vens səs hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə, vitse-prezident Senatın sədri kimi bu hüquqa malikdir.

Qətnaməni Virciniya ştatından demokrat Tim Keyn, Kentukki ştatından respublikaçı Rend Pol, Kaliforniya ştatından demokrat Adam Şiff və Senatdakı demokrat azlıq lideri Çak Şumer hazırlayıb. Məqsəd ABŞ Silahlı Qüvvələrinin Venesuelada və ya Venesuelaya qarşı hərbi əməliyyatlarda iştirakını Konqres icazəsi olmadan dayandırmaq idi. Qətnamədə vurğulanır ki, yalnız qanunverici orqan müharibə elan edə bilər.

Əvvəlcə Tramp qətnaməni konstitusiyaya uyğun olmadığını bildirib və Resublikaçı Partiyadakı senatorları tənqid edib.