BAKI, 15 yanvar. TELEQRAF

Tərkibində səhhətində problem yaranmış astronavtın da olduğu "Crew-11" ekipajı Beynəlxalq Kosmik Stansiyandan ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Məlumata görə, kosmik gəminin Sakit okeanın Kaliforniya sahilləri yaxınlığında eniş etməsi gözlənilir.

Xatırladaq ki, yanvarın 9-da "Crew-11" ekipajının üzvlərindən birində yaranan sağlamlıq problemi səbəbindən onların BKS-dən Yerə vaxtından əvvəl qaytarılacağı açıqlanmışdı.