BAKI, 15 yanvar. TELEQRAF

İran Tehranın ballistik raket proqramından imtina etməsi məsələsini müzakirə etməyə hazır deyil, çünki bu proqram ölkənin milli təhlükəsizliyi və müdafiəsi üçün əsas element sayılır.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Fox News" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ballistik raketlər İran üçün müdafiə xarakteri daşıyır və bu məsələ danışıqlar mövzusu deyil.

“Ballistik raketlər bizim müdafiə vasitəmizdir və təhlükəsizliyimizin ən etibarlı təminatıdır. Təhlükəsizliyimiz və müdafiəmiz üçün zəruri olan ballistik raketlərimiz barədə niyə danışıqlar aparmalıyıq?” – deyə Əraqçi vurğulayıb.