BAKI, 15 yanvar. TELEQRAF
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ-nin Qrenlandiyanı əldə etməyə cəhd göstərə biləcəyini mümkün sayıb.
Teleqraf xəbər verir ki, nazir bununla belə, adanın sakinlərinin belə bir ssenari ilə razılaşacağına şübhə etdiyini bildirib.
Onun sözlərinə görə, Qrenlandiya cəmiyyətinin mövqeyi bu məsələdə həlledici amildir.
Xatırladaq ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir.