BAKI, 15 yanvar. TELEQRAF

İran hakimiyyəti etiraz aksiyalarında iştirak edən şəxslərin asılma yolu ilə edamını planlaşdırmır və belə bir variant ümumiyyətlə nəzərdən keçirilmir.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazoro Abbas Əraqçi "Fox News" telekanalına müsahibəsində bildirib.

“Asılmadan söhbət gedə bilməz. Bu, Donald Trampı prosesə cəlb etmək məqsədi daşıyan və fəlakətli nəticələrə səbəb ola biləcək dezinformasiya kampaniyasının tərkib hissəsidir”, - deyə İran XİN rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda İran ərazisində etiraz aksiyaları keçirilmir və ölkədə sabitlik bərqərar olub.