BAKI, 15 yanvar. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron yanvarın 15-də Milli Müdafiə Şurasının iclasını keçirəcək. İclasda İranda mövcud vəziyyət və ABŞ-nn Qrenlandiya üzərində nəzarət qurmaqla bağlı səsləndirdiyi iddialar müzakirə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə AFP nəşri mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, iclas nazirlərlə yanaşı, ölkənin ali hərbi rəhbərliyi də iştirak edəcək.