BAKI, 15 yanvar. TELEQRAF
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigez Prezident Nikolas Maduro və onun həyat yoldaşının azadlığa buraxılması tələbi ilə keçirilən yürüşünün iştirakçılarını salamlayıb.
Teleqraf xəbər verir ki, Rodrigez telefonla müraciətində nümayişçiləri mübarizəni davam etdirməyə çağırıb.
“Qardaşlar və bacılar, ölkənin zəhmətkeşləri! Yaşadığımız bu ağır dövrdə prezident və xanımı geri dönənədək mübarizəni davam etdirməliyik”, – deyə Rodrigez vurğulayıb.
O, həmçinin əməkçiləri iqtisadi artımın, rifahın və sosial ədalətin təmin olunması naminə birlik və həmrəyliyə çağırıb, əmək məsələləri üzrə Konstitusiya Assambleyasına hazırlıq prosesini xatırladıb.