BAKI, 5 yanvar. TELEQRAF

ABŞ-nin hərbi əməliyyatı Venesuelada qeyri-sabitliyi artıra, bütün Latın Amerikası regionuna mənfi təsir göstərə və beynəlxalq münasibətlərdə təhlükəli presedent yarada bilər.

Teleqraf xəbər verir ki, bu fikri BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Baş katib ABŞ-nin Venesueladakı əməliyyatı ilə bağlı yazılı açıqlama verib.

"Ölkədə daha da qeyri-sabitliyin yaranma potensialı, regiona potensial təsiri və ölkələr arasında münasibətlər üçün yarada biləcəyi presedent məni dərindən narahat edir" - Antonio Quterreş qeyd edib.

Baş katib əlavə edib ki, ABŞ Venesuelada əməliyyat keçirərkən beynəlxalq hüquqa riayət etməyib: "ABŞ-nin zərbələrindən sonra Cənubi Amerika respublikasının gələcəyi qeyri-müəyyən olaraq qalır və böyük narahatlıq doğurur".