BAKI, 28 dekabr. TELEQRAF

Amerikalı milyarder İlon Mask ABŞ-nin radikal sol qüvvələrin təsiri altında təkpartiyalı ölkəyə çevrilə biləcəyini və real demokratiyanın itə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial platformasında paylaşım edib.

“Əgər bu məsələyə diqqətlə baxsanız, vergi ödədiyiniz pulların haraya xərcləndiyini görüb heyrətlənəcəksiniz. Və əgər bu siyasət dəyişməsə, sizin səsinizin seçkilərdə heç bir təsiri olmayacaq.”

Mask həmçinin Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada oxşar proseslərin müşahidə olunduğunu vurğulayıb.