BAKI, 28 dekabr. TELEQRAF
Rusiya Ukrayna ilə bağlı razılaşmaların hazırlanması məqsədilə Amerika tərəfi ilə dialoqu davam etdirməyə sadiqdir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a verdiyi müsahibədə deyib.
Nazir ABŞ Prezidenti Donald Trampın və onun komandasının münaqişənin sülh yolu ilə həlli istiqamətində atdığı addımları yüksək qiymətləndirdiklərini qeyd edib.
"Biz münaqişənin kök səbəblərini aradan qaldıran davamlı razılaşmaların hazırlanması üçün Amerika danışıqçıları ilə işləməyə davam etməyə sadiqik”, – deyə Lavrov bildirib.