BAKI, 27 dekabr. TELEQRAF

İran Xarici İşlər Nazirliyi İsrailin Somalinin suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərini pisləyərək, bu addımın regionda sabitliyi pozduğunu bəyan edib.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, İran XİN sözçüsü Esmail Bagai İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərini açıq şəkildə pozduğunu bildirib.

O, Somali Federativ Respublikasının milli suverenliyinin, birliyinin və ərazi bütövlüyünün qorunması zərurəti ilə bağlı İranın prinsipial mövqeyini vurğulayaraq bildirib ki, İsrailin manevrləri regional sabitliyi təhdid edir.

Qeyd edək ki, İsrail Somalinin ayrılmış bölgəsi olan Somaliland bölgəsini müstəqil dövlət kimi rəsmən tanıyan ilk ölkə olub.

Baş nazir Benyamin Netanyahu İsrailin kənd təsərrüfatı, səhiyyə və texnologiya sahələrində əməkdaşlığı dərhal genişləndirmək niyyətində olduğunu açıqladı.