BAKI, 26 dekabr. TELEQRAF
İsrail Somalilendi müstəqil və suveren dövlət kimi rəsmən tanıdığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə in ölkənin baş naziri Benyamin Netanyahu "X" hesabında paylaşım edib.
"İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə Somalilendlə əlaqələrini dərhal genişləndirməyi planlaşdırır", - məlumatda bildirilib.
Qeyd edək ki, Smolainin bir hissəsi olan Somalilend 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etsə də, heç bir ölkə tərəfindən tanınmır.