BAKI, 13 dekabr. TELEQRAF
Belarus lideri Aleksandr Lukaşenko ABŞ ilə müqaviləyə uyğun olaraq 156 xarici vətəndaşı əfv edib.
Teleqraf xəbər verir ki, əfv fərmanı ABŞ Prezidenti Donal Trampın xahişi ilə imzalanıb. Bunun qarşılığında keçmiş Prezident Co Bayden administrasiyası tərəfindən Belarusun kalium sənayesinə, eləcə də digər sahələrə tətbiq edilmiş sanksiyaların ləğvi nəzərdə tutulub.
Lukaşenko öyən gün ABŞ Prezidentinin xüsusi elçisi Con Kolla Minskdə görüşüb.