BAKI, 13 dekabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko casusluq, terrorizm və ekstremizmdə ittiham olunaraq müxtəlif ölkələrin 123 vətəndaşını əfv etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pool Pervoqo" Telegram kanalı məlumat verib.

"ABŞ Prezidenti Donald Trampla əldə edilən razılaşmaların bir hissəsi olaraq və onun xahişi ilə, əvvəlki ABŞ Prezidenti Co Bayden administrasiyası tərəfindən Belarus Respublikasının kalium sənayesinə qarşı tətbiq edilən qanunsuz sanksiyaların ləğvi ilə əlaqədar və Belarusa qarşı digər qanunsuz sanksiyaların ləğvi prosesinin praktik müstəviyə keçməsi ilə əlaqədar olaraq, dövlət başçısı müxtəlif növ cinayətlər - casusluq, terrorçuluq və ekstremist fəaliyyətlər törətdiklərinə görə Belarus qanunlarına uyğun olaraq məhkum edilmiş müxtəlif ölkələrin 123 vətəndaşını əfv etmək qərarına gəlib", - deyə bəyanatda bildirilir.