Məşhur aktyor Alen Delonun 300 milyon avroluq irsi uğrunda ailə mübahisəsi davam edir.

Teleqraf xəbər verir ki, məşhur fransız aktyoru Alen Delonun kiçik oğlu Alen Fabiyen İsveçrə məhkəməsinə müraciət edərək bacısı Anuşkanın atalarının vəsiyyətindən çıxarılmasını tələb edib. Məlumatı RTL-ə yayıb.

Alen Fabiyenin iddiasına görə, Delon 2019-cu ildə insult keçirdikdən sonra kognitiv funksiyaları xeyli zəifləyib, bu barədə bir neçə həkim rəyi mövcuddur. O, 2022-ci ildə bacısının xeyrinə tərtib edilən yeni vəsiyyəti imzalayanda qeyri-səlahiyyətli vəziyyətdə olub.

Həmin sənədlə Anuşkaya Alain Delon brendini idarə edən şirkətin 51% nəzarət paketi verilib.

A lenFabiyen 2015-ci ildəki ilk vəsiyyəti mübahisələndirmək fikrində deyil.

Kiçik oğul iddia edir ki, Anuşka atasını notariusa aparmağa israr edib. Məhz o, Delonun qərarlarına təsir göstərib. Aktyorun yaddaş problemlərini təsdiq edən tibbi sənədləri gizlədib.

Delonun ölümündən bir il sonraAlen Fabiyen məhkəməyə müraciət edib. O, gecikməni tibbi sənədlərə çıxışının olmaması ilə əsaslandırıb. Sentyabrda isə bacısı Anuşkanı və qardaşı Entonini rəsmi şəkildə bu iddia barədə məlumatlandırıb.

Söhbət təxminən 300 milyon avroluq irsdən gedir. Son vəsiyyətə görə, aktyorun müəlliflik hüquqlarından gələn gəlirlər Anuşkaya keçir.

Bu səbəbdən ailədaxili mübahisə böyük maliyyə paylarını əhatə edir.