BAKI, 9 dekabr. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, Konqo Demokratik Respublikası son 25 ilin ən pis vəba epidemiyasını yaşayır.
Teleqraf xəbər verir ki, məlymata görə, 2025-ci ilin əvvəlindən Konqoda 64 427 vəba hadisəsi qeydə alınıb, onlardan 1 888-i ölümlə nəticələnib. Vəbaya yoluxanlardan 14 818-i uşaqlar olub, onlardan 340-ı dünyasını dəyişib.
İctimai təşkilatın məlumatına görə, Konqonun 26 əyalətindən 17-də vəba xəstəliyi qeydə alınıb. Hazırkı epidemiyanın mərkəzlərindən biri paytaxt Kinşasadadır. UNICEF qeyd edir ki, vəbanın qarşısını almaq üçün ölkədə su təchizatı, kanalizasiya, gigiyena və səhiyyə xidmətləri yaxşılaşdırılmalıdır.