BAKI, 8 dekabr. TELEQRAF
Avropa və Ukrayna müharibənin dayandırılması üçün alternativ sülh planını hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün Telegram kanalındakı videomüraciətində bildirib.
"Düşünürəm ki, plan yaxın vaxtlarda hazır olacaq. Biz ona bir daha nəzər salıb ABŞ-a göndərəcəyik", - Zelenski bildirib.
Zelenski əlavə edib ki, Ukrayna ərazi güzəştlərinə gedə bilməz.
Dekabrın 8-də Tramp Zelenskinin Vaşinqtonun təklif etdiyi sülh planını qəbul etməməsindən məyusluğunu ifadə edib. Amerika liderinin sözlərinə görə, Kiyevdə ABŞ-nin təklifindən narazı qalan yeganə şəxs danışıqları qəsdən yubadan Zelenskinin özüdür. Bundan əvvəl Trampın oğlu kiçik Donald Tramp bəyan etmişdi ki, Kiyev rəhbərliyinin inadkarlığı səbəbindən atası son nəticədə Ukraynadan üz döndərə bilər.