BAKI, 8 dekabr. TELEQRAF
ABŞ-nin vasitəçiliyi ilə sülh təşəbbüsünü müzakirə edən tərəflər hələlik ərazi məsələsində razılığa gələ bilməyiblər, çünki Prezident Donald Tramp Kiyevin razılaşmanı yerinə yetirməməsindən məyus olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində deyib.
Zelenski qeyd edib ki, tərəflər Donbass, o cümlədən Donetsk və Luqansk vilayətləri üzrə razılığa gəlməyiblər.
Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə görüşmək üçün Londona yola düşməzdən əvvəl Zelenski deyib: “ABŞ, Rusiya və Ukraynanın Donbasla bağlı ümumi fikri yoxdur”.
O əlavə edib ki, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş imzalamaqda israrlıdır: “Mənim və bütün ukraynalıların cavab almaq istədiyi bir sual var: Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcək? Zelenski yekunlaşdırıb".