BAKI, 8 dekabr. TELEQRAF
ABŞ ilə əlaqələr davam edir, amma Vaşinqton-Kiyev danışıqlarının hər hansı nəticəsi hələlik rəsmən Moskvaya təqdim olunmayıb.
Teleqraf xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.
Kreml sözçüsü vurğulayıb ki, Rusiya-ABŞ dialoqu davam edir, ancaq konkret nəticələri müzakirə etmək hələ tezdir.
"Rusiya tərəfi danışıqların gedişatını izləməyi və rəsmi mövqe formalaşdırmazdan əvvəl alınan məlumatların təhlilini davam etdirir" - Peskov bildirib.