BAKI, 9 dekabr. TELEQRAF
Yaponiyada güclü zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə baş nazir Sanaa Takaiti jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, hazırda həlak olan və ya itkin düşənlərlə bağlı məlumat yoxdur. Takaiti qeyd edib ki, hökumət vəziyyəti diqqətlə izləyir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımlar atılır.
O, insanlara gündəlik həyatlarını davam etdirməyi tövsiyə etsə də, təkrar güclü təkanlar ehtimalına görə dərhal təxliyəyə hazır olmalarını xatırladıb. Baş nazir həmçinin yaxın bir həftə ərzində yüksək səviyyədə diqqətli olmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, dekabrın 9-da növbəti zəlzələ baş verib. Bu dəfə Yaponiyanın Aomori prefekturası sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.
***
00:56
Yaponiyada baş verən zəlzələdə 23 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.
***
BAKI, 8 dekabr. TELEQRAF
21:57
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib güclü zəlzələ nəticəsində 7 nəfər xəsarət alıb.
"Biz dəymiş ziyanla bağlı məlumatları dəqiqləşdirməyə çalışırıq", - Yaponiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Yaponiya Meteorologiya Agentliyi təxminən üç metr hündürlüyündə sunaminin ölkənin şərq və şimal-şərq sahillərinə doğru irəlilədiyini bildirib. Hokkaydo, Aomori və İvate prefekturalarında sahilyanı ərazilərin sakinləri təcili olaraq təhlükəsiz ərazilərə təxliyə olunmağa çağırılıb.
***
18:26
Yaponiyanın şimalında 7,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsinin məlumat yayıb.
Sunami xəbərdarlığı edilib.