BAKI, 6 dekabr. TELEQRAF
Almaniya kansleri Fridrix Merz İsraili İordan çayının qərb sahilinin ilhaqı istiqamətində istənilən addımlardan, o cümlədən burada qəsəbələrin tikintisindən əl çəkməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya administrasiya məlumat yayıb.
Merz İordaniyaya səfəri zamanı deyib: "Biz Fələstin dövlətçiliyinə gedən yolu açıq saxlamalıyıq. Ona görə də İordan çayının qərb sahilində heç bir ilhaq addımı ola bilməz - nə formal, nə də siyasi, struktur, faktiki və ya regionun ilhaqına bərabər olan digər tədbirlər".
Kansler Yaxın Şərq probleminin iki dövlətin - İsrail və Fələstin dövlətlərinin yaradılması yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyib.