BAKI, 6 dekabr. TELEQRAF
Hindistan Rusiya neftinin tədarükünü azaldıb, lakin tamamilə kəsmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə və ekspertlərə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, ABŞ-nin tarifləri Rusiya ilə Hindistan arasında ticarəti dayandırmaq üçün kifayət etmir. Ölkələr yeni ticarət tərəfdaşlarından istifadə etməklə əvvəlki tədarük səviyyəsini bərpa edə bilər.
İyun ayında Hindistan, ölkənin ümumi idxalının təxminən 45%-ni təşkil edən gündəlik təxminən 2,1 milyon barel Rusiya nefti alıb. Tədarük 2026-cı ildə sutkada 600 000 barrelə qədər azalacaq. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı səviyyədir. Bununla belə, nə tariflər, nə də ABŞ-nin "Rosneft" və "Lukoil"-a qarşı sanksiyaları Rusiyanın Hindistana neft tədarükünün tamamilə dayandırmasına səbəb olmayıb.