BAKI, 6 dekabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefonla danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Ərdoğan ABŞ və Venesuela arasında dialoq kanallarının açıq saxlanmasının vacibliyini qeyd edərək, gərginliyin ən qısa zamanda azalacağına ümid etdiyini bildirib.
Prezident Ərdoğan Venesuela Prezidenti Maduroya bölgələrində baş verənləri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həll olunacağına inandıqlarını və bunu hər platformada dilə gətirdiklərini söyləyib.