BAKI, 6 dekabr. TELEQRAF

"Liderləri qərara gəliblər ki, Avropa müharibəyə doğru gedir. Bu məsələ ilə bağlı qərar artıq qəbul edilib".

Teleqraf xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban mitinqdə çıxışı zamanı bildirib.

Orbanın sözlərinə görə, Aİ-nin rəsmi mövqeyi ondan ibarətdir ki, Avropa İttifaqı 2030-cu ilə qədər müharibəyə hazır olmalıdır.

Macarıstanın baş naziri həmçinin qeyd edib ki, Aİ müharibəni dəstəklədiyini inkar etməyə belə cəhd etmir.

O əlavə edib ki, bunu məsələn, Aİ-nin hərbi iqtisadiyyat qurması və “nəqliyyat vasitələrinin istehsalını silah istehsalına yönləndirməsi” təsdiqləyir.

O, həmçinin müharibənin eskalasiyasının dörd mərhələsinin olduğuna diqqət çəkib:

"Avropa artıq ilk üçlükdən keçib və indi biz üçüncü mərhələdəyik, ümumdünya çağırışını tətbiq edirik və hərbi iqtisadiyyata keçirik".

Baş nazir növbəti, dördüncü mərhələnin qarşıdurma mərhələsi olduğunu vurğulayıb.

"Müharibə əleyhinə mitinq keçirməyimiz təsadüfi deyil", - Orban deyib.