BAKI, 23 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının təkmilləşdirilməsi vacibdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem deyib.

"Sənəddə çox yaxşı ideyalar olsa da, təkmilləşdirilməsi vacib olan çox problemli məqamlar da mövcuddur. İstənilən sülh sazişinin məqsədi yeni münaqişə yaratmaq yox, mövcud münaqişəni ədalətli şəkildə başa çatdırmaq olmalıdır".