BAKI, 22 noyabr. TELEQRAF

Nyu Yorka Milli Qvardiya qoşunlarının yerləşdirilməsi gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp dünən Oval Nyu Yorkun yeni meri Zöhran Mamdani ilə görüşdən sonra deyib.

Jurnalistin "Milli Qvardiyanı Nyu-Yorka göndərəcəksinizmi" sualına Tramp belə cavab verib: “Ehtiyac olsa, göndərəcəm. İndi başqa yerlərdə buna daha çox ehtiyac var. Dünən çox yaxşı görüş keçirdik. Bu barədə danışdıq. Amma onlara lazım olsa, mən bunu edərəm".