BAKI, 20 noyabr. TELEQRAF
Rusiyada miqrantlar üçün icbari tibbi sığorta almaq şərtləri sərtləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, artıq miqrantların ölkədə sığorta əldə edə bilməsi üçün ən azı 5 il işləməsi tələb olunur.
Qeyd edək ki, əvvəllər bu müddət 3 il idi.