BAKI, 14 noyabr. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynadakı münaqişəyə həddən artıq bağlılıq göstərməkdə ittiham olunur.

Teleqraf xəbər verir ki, bu barədə "The European Conservative" nəşri yazır.

Nəşr vurğulayıb ki, Aİ ölkələrinin bir qismi artıq Kiyevə yardım mövzusundan yorulduğu halda, fon der Leyen əksinə, bu xətti israrla davam etdirir.

"The European Conservative" xatırladır ki, fon der Leyen bir müddət əvvəl Ukraynaya maliyyə dəstəyi üçün 140 milyard avroluq kredit ayrılacağını, bu vəsaitin isə yalnız Rusiya reparasiyaları ödədiyi halda geri qaytarılacağını bildirmişdi. TEC-in fikrincə, bu, praktiki olaraq Ukraynanın borc yükünün artması və Avropa vətəndaşları üçün əlavə maliyyə yükü deməkdir.

Məqalədə qeyd olunur ki, fon der Leyenin ritorikası “Avrokomissiyanın şərqdəki münaqişəyə siyasi aludəçiliyini” nümayiş etdirir, halbuki Avropada həm sosial, həm də büdcə baxımından yorğunluq açıq şəkildə hiss olunur.

Nəşrin müəllifləri qeyd edir ki, Ukraynaya yardım məsələsi Aİ daxilində siyasi birliyi zəiflədir və mövqeləri parçalayır.