BAKI, 6 noyabr. TELEQRAF

Türkiyə hökuməti ABŞ administrasiyasının tələbinə baxmayaraq, Rusiyadan aldığı S-400 zenit-raket komplekslərindən tamamilə imtina etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Türkiyə S-400 sistemlərinin istifadəsinə nəzarət üçün birgə hərbi mexanizm yaradılması variantını nəzərdən keçirir.

Qeyd edilib ki, Türkiyə tərəfi Vaşinqtonun komplekslərdən tam imtina tələbinə rədd cavabı verib.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan dəyəri 2,5 milyard ABŞ dolları olan dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. Bu müqavilədən sonra ABŞ Türkiyəni F-35 qırıcılarının istehsalı proqramından çıxarmışdı.