BAKI, 18 oktyabr. TELEQRAF

Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsi “sonrakı xəbərdarlığa qədər” açılmayacaq.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

"HƏMAS girovların cəsədlərinin qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirdikdən sonra məntəqənin yenidən açılması məsələsinə baxılacaq", - İsrail Baş nazirinin ofisi qeyd edib.