BAKI, 17 oktyabr. TELEQRAF

Moldovanın paytaxtı Kişinyov hava limanında sərnişinin baqajında partlayıcı qurğu aşkar olunub və binanın təxliyəsi həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.

Məlumata görə , partlayıcı qurğu Albaniya vətəndaşının baqajında skan zamanı aşkar edilib. Sərnişin Kişinyovdan Milan istiqamətinə uçmalı idi.

Qeyd edilir ki, hazırda baqajın sahibi polis tərəfindən axtarılır.