BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskiyini heç bir rəsmi ABŞ nümayəndəsi qarşılamayıb.
Teleqraf xəbər verir ki, bu barədə RT yayılan fotolar və videolarla diqqət çəkib.
“Zelenskiyini ABŞ-yə çatanda yalnız onun ofisinin rəhbəri Andrey Yermak və görünür, eyni zamanda təyyarəsinin ekipajı qarşılayıb”, – nəşr yazır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Zelenskini qəbul edəcəyi gözlənilir. Ukrayna liderinin sözlərinə görə, görüşdə hava hücumundan müdafiə, uzaqmənzilli silahlar və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.