BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukrayna ordusunun planlaşdırdığı irəliləyiş əməliyyatını müzakirə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.
“Biz onunla müharibə barədə danışacağıq və başa düşdüyüm qədər, onlar irəliləyiş əməliyyatına başlamaq istəyirlər. Mən bu barədə qərar verəcəyəm. Amma onlar əməliyyata başlamaq istəyirlər və biz qərar verməliyik” - ABŞ lideri açıqlayıb.
ABŞ və Ukrayna prezidentləri arasında görüş oktyabrın 17-də keçiriləcək.