BAKI, 16 oktyabr. TELEQRAF
Ukrayna münaqişəsinin həllinə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı gərgin münasibətlər mane olur.
Teleqraf xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp səsləndirib.
“Putin və Zelenski arasında ciddi düşmənçilik var, yəqin bunu siz də görmüsünüz. Məncə, bu, sülh prosesinə mane olur,” - deyə ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, Tramp sentyabr ayında da Putin və Zelenskinin “bir-birinə nifrət etdiyini” bildirmişdi.