BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 17 oktyabrda Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə görüşəcəyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, o, bu barədə Şarm-əş-Şeyxdən Vaşinqtona uçarkən jurnalistlərlə söhbətində bildirib.
Tramp görüşün detalları açıqlanmayıb. O, həmçinin Ukraynaya "Tomahawk" raketlərinin tədarükü imkanına dair sualı cavabsız qoyub.