BAKI, 6 oktyabr. TELEQRAF
Hindistan Rusiyadan əlavə beş ədəd S-400 zenit-raket kompleksi almağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti müdafiə dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hindistan Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri bu həftə rusiyalı həmkarları ilə görüş keçirəcək. Görüşdə komplekslərin bir hissəsinin birgə istehsalı və ya birbaşa Rusiyadan alınması məsələsi müzakirə olunacaq.
Qeyd edilir ki, tərəflər artıq əlavə sistemlərin qiyməti ilə bağlı prinsipial razılığa gəliblər.