BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ ilə uzaqmənzilli silah sistemlərinin tədarükü barədə danışıqlar aparılır və nəticə Vaşinqton tərəfinin qərarından asılı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, söhbət Rusiya enerji infrastrukturu üzərinə uzaqmənzilli raket zərbələri endirilməsi üçün ABŞ-dən kəşfiyyat məlumatlarının alınması imkanlarından gedir:
"Biz ABŞ ilə danışıqlar apardıq. Bu dialoqa görə Prezident Donald Trampa minnətdarıq. Sonuncu dəfə çox məhsuldar və faydalı görüşümüz olub".