BAKI, 23 sentyabr. TELEQRAF

Çinə məxsus yük gəmisi işğal altında olan Ukraynanın Sevastopol limanına (Krım) daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, bu hadisə, Rusiya tərəfindən 2014-cü ildə ələ keçirilmiş Ukrayna limanına ilk dəfə xarici gəminin giriş etməsi kimi qiymətləndirilir.

Ukrayna hökuməti Pekinə rəsmi etiraz göndərib və mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib.

Qeyd edilir ki, qərb sanksiyalarına əsasən, Sevastopol limanından istifadəyə 2014-cü ildən qadağa qoyulub. Çin bu sanksiyalara qoşulmasa da, indiyədək onun kommersiya gəmiləri işğal olunmuş limanlardan uzaq durub.

Bununla belə, Panama bayrağı altında üzən və "Guangxi Changhai Shipping" şirkətinə məxsus "Heng Yang 9" adlı konteyner gəmisi son aylarda azı üç dəfə Krımda qeydə alınıb.