BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vindzor qəsrini ziyarət edərkən Böyük Britaniya Kralı III Çarlzın kürəyinə vurub.

Teleqraf xəbər verir ki, ABŞ televiziya kanallarının qəsrdə hərbi mərasimin yayımını apardığı zaman oxşar iki epizod kameralara düşüb.

Daha sonra Tramp kralı qabaqlayaraq irəli addımlayıb və kral qvardiyaçılarından biri ilə söhbət edib.

Qeyd edək ki, Böyük Britaniya monarxına toxunmaq kral etiketinin kobud pozulması hesab olunur.

Mövcud qaydalara görə, kralın təşəbbüsü olmadan ona toxunmaq qəbul edilmir. Yalnız monarxın özü əl uzadırsa, onun əlini sıxmağa icazə verilir. Digər hallarda yüngül təzim və ya baş əyməklə kifayətlənmək düzgün hesab olunur.