BAKI, 7 sentyabr. TELEQRAF

“İsrail mənim şərtlərimi qəbul edib, HƏMAS da qəbul etməlidir”.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, hər kəs girovların azad edilməsini və müharibənin bitməsini istəyir.

“Şərtləri qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu, mənim son xəbərdarlığımdır”, - deyə Tramp bildirib.