BAKI, 5 sentyabr. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubbun ölkəsinin 1944-cü ildə SSRİ-ni məğlub etməsi barədə bəyanatı onun qeyri-adekvatlığını göstərir. O, sadəcə ağlını itirib.

Teleqraf xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Mən hətta “ağlını itirmək” ifadəsinə uyğun diplomatik termin tapa bilmirəm. Bu ölkələrin, xüsusilə də Finlandiyanın rəhbərliyi tərəfindən edilən bəyanatları başqa cür təsvir etmək çox çətindir. Amma deməliyəm ki, onlar sadəcə qeyri-adekvatdırlar”, - diplomat qryd edib.

Rusiya və Finlandiyanın qonşu ölkələr olduqlarını xatırladan Zaxarova Stubbun regionu hərbiləşdirməyə çalışdığını deyib.