BAKI, 31 avqust. TELEQRAF
Almaniya Rusiya təhlükəsi fonunda daxili kəşfiyyat üçün yeni konsepsiya hazırlamalıdır.
Teleqraf xəbər verir ki, bunu Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosunun vitse-prezidenti Sinan Selen "Die Welt"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda Almaniyaya qarşı “birdəfəlik agentlərdən” istifadə edir və ölkəyə qarşı kiberhücumlar həyata keçirir. O, Almaniyanın Rusiya üçün “Avropada əsas hədəf” olduğunu vurğulayıb: "Bütün bunlar qorxu, qeyri-müəyyənlik yaradır və demokratiya ilə bağlı şübhələri artırır".
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ölkəsinin hazırda Rusiya ilə münaqişə vəziyyətində olduğunu bildirmişdi.