BAKI, 29 avqust. TELEQRAF
Ukraynanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilərsə, Rusiya bu iclasda iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.
Bununla belə, nəşrin məlumatına görə, iclasın keçirilməsi və onun vaxtı hələ təsdiqlənməyib.
Xatırladaq ki, daha əvvəl Ukraynanın BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etdiyi bildirilirdi. Məlumata görə, iclasın əsas mövzusu "Ukraynada sülhün və təhlükəsizliyin qorunması" olacaq.