BAKI, 23 avqust. TELEQRAF

Rəsmi Kiyev Belarusu Rusiya-Belarus "Qərb-2025" hərbi təlimləri keçirildiyi müddətdə sərhədə yaxınlaşmamağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik Minski Rusiyanın hərbi əməliyyatına dəstək verməkdə ittiham edib.

"Minski düşünülməmiş təxribatlardan çəkindiririk, ağıllı davranmağı, sərhədə yaxınlaşmamağı və Ukrayna Müdafiə Qüvvələrini təhrik etməməyi məsləhət görürük", - bəyanatda bildirilir.