BAKI, 18 avqust. TELEQRAF
ABŞ Prezident Donald Tramp potensial sülh sazişinin qorunmasına kömək etmək üçün Ukraynaya ABŞ qoşunlarının göndərilməsini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə məlumat veriləcəyini deyib.
"Bu, bəlkə də bu gün baş verdi", - Tramp bildirib.
D.Tramp qeyd edib ki, sülhün təmin edilməsinə Avropa rəhbərlik edəcək, lakin ABŞ da bu prosesin bir parçası olacaq.
"Avropa ilk müdafiə xəttidir, çünki hadisələr orada cərəyan edir. Amma biz onlara kömək edəcəyik. Həmçinin, biz də prosesdə iştirak edəcəyik", - o əlavə edib.
Tramp söyləyib ki, əgər sülh sazişi əldə olunarsa, ona riayət olunacaq:
"Düşünürəm ki, əgər biz sülhə nail ola bilsək, bu, işlək sülh olacaq. Bu barədə heç bir şübhəm yoxdur. Bugünkü görüşün nəticəsindən asılı olmayaraq, Ukraynaya dəstəyimiz davam edəcək".